Azərbaycan millisi Albaniya yığmasına məğlub olub

Azərbaycan millisi Albaniya yığmasına məğlub olub

On yeddi yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda ilk oyununu keçirib.

SİA-nın əldə etdiyi məlumata görə, Albaniyada bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 1:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Millimiz qrupda növbəti oyununu martın 11-də Şimali Makedoniya komandasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə