Usman Dembeleyə şərt qoyulub

"Barselona" fransız vinger Usman Dembeleyə yeni müqavilə təklif etmək fikrində deyil.

SİA bu barədə "Marca"nın məlumatına istinad edir.

Maraqlıdır ki, “Barselona" rəhbərliyi bunu Dembeleyə olan “inamsızlıqla” əlaqələndirir. Məsələ bundadır ki, bir müddət bundan əvvəl “Barselona"dan getmək barədə qərar verən Dembele sonradan bu istəyini reallaşdıra bilmədi.

İndi isə “Barselona" rəhbərliyi şərt qoyub, əgər o komandada qalmaq istəyirsə, bu halda özü kataloniyalılarla görüşə getməlidir.

Xatırladaq ki, bu mövsüm Usman "Barselona"nın heyətində 17 oyun keçirib və bu oyunlarda iki qol vurub və beş ötürmə edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə