"Barselona" "Çelsi"nin futbolçusu ilə razılığa gəldi

"Barselona" "Çelsi"nin futbolçusu ilə razılığa gəldi

"Çelsi"nin futbolçusu Andreas Kristensen karyerasını "Barselona"da davam etdirəcək.

SİA Qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubu artıq danimarkalı müdafiəçi ilə razılığa gəlib. Mövsümün sonunda 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanacağı bildirilib.

Qeyd edək ki, Kristensenin "Çelsi" ilə müqaviləsi bu mövsümün sonuna qədərdir. London klubu bir müddət əvvəl ona 4 illik müqavilə təklif etsə də, futbolçu bundan imtina edib.

Bütün xəbərlər Facebook səhifəmizdə