MOK-un 30 illiyinə həsr olunmuş şahmat yarışı keçirilib - FOTOLAR

MOK-un 30 illiyinə həsr olunmuş şahmat yarışı keçirilib - FOTOLAR

Babək rayonunda muxtar respublikanın ümumtəhsil məktəblərindən ibarət komandalar arasında keçirilən şahmat birinciliyi Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyinə həsr olunub. SİA xəbər verir ki, 8 komandanın iştirak etdiyi muxtar respublika birinciliyi rayonun Uşaq-gənclər şahmat məktəbində baş tutub.

Nəticələrə əsasən, “Naxçıvan” komandası muxtar respublika birinciliyinin qalibi olub. “Ordubad” yarışı ikinci sırada tamamlayıb. “Culfa” komandası isə üçüncü yerdə qərarlaşıb.

Komandalara və üzvlərinə diplom, medal və kubok təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə