Beynəlxalq Cüdo Federasiyası Rusiya Prezidenti Vladimir Putin və iş adamı Arkadi Rotenberqi təşkilatdakı vəzifələrdən uzaqlaşdırıb.
SİA “Gazeta.ru” saytına istinadən xəbər verir ki, bu barədə təşkilatın saytında bildirilib.
"Ukraynada davam edən münaqişə fonunda Beynəlxalq Cüdo Federasiyası Vladimir Putinin Beynəlxalq Cüdo Federasiyasının fəxri prezidenti və səfiri statusundan azad edir”,- deyə təşkilatın saytında bildirilib
Federasiyanın fəxri prezidentinin səlahiyyət sertifikatı Putinə 2008-ci ildə təqdim edilib.
Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) beynəlxalq idman federasiyalarına müraciət edərək onlara yerli və belarus idmançılarını yarışlara buraxmamağı tövsiyə edib.
Bundan əlavə artıq əksər beynəlxalq idman təşkilatları Rusiyada yarışlar keçirməkdən imtina edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB