"İdman həftəsi" çərçivəsində tədbir keçirilib

"İdman həftəsi" çərçivəsində tədbir keçirilib
Şabran rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "5 Mart - Bədən Tərbiyəsi və İdman günü"nə həsr olunmuş "İdman həftəsi" çərçivəsində müxtəlif idman növləri üzrə təlim və nümunəvi çıxışlardan ibarət tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Milli Məclisin üzvü Sadiq Qurbanov, YAP Şabran rayon Təşkilatının sədri Mehdi Balabəyov, rayon ictimaiyyəti, məşqçi-müəllimlər və idmançılar iştirak ediblər.
Tədbirdə qol güləşi, ağır atletika, futbol, sərbəst güləş, boks, cüdo, stolüstü tennis, şahmat və kyokuşinkaykan karate idman növü üzrə idmançıların nümunəvi çıxışları nümayiş etdirilib. Tədbirin sonunda ötən il ərzində Respublika səviyyəli yarışlarda qalib gəlmiş idmançılar rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri-fərman və qiymətli hədiyyələrlə təltif olunmuşlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com