"Roma" "Atalanta"nı məğlub etdi

"Roma" "Atalanta"nı məğlub etdi

İtaliyanın A seriyasında 27-ci tur oyununa çıxan "Roma" "Atalanta"nı qəbul edib. SİA-nın əldə etdiyi məlumata görə, oyun meydan sahibləri-"Roma"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu oyunun 32-ci dəqiqəsində Abraham qapıdan keçirib.

Beləliklə, bu qələbə ilə xalını 44-ə çatdıran "Roma" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. "Atalanta" 47 xalla 5-cidir. Siyahıya 58 xalla "İnter" başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə