"Çelsi"dən darmadağın

İngiltərə Premyer Liqasının 28-ci turunda "Çelsi" "Bernli"nin qonağı olub. SİA-nın əldə etdiyi məlumata görə, oyun London klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, qolları Ceyms, (47), Havertz, (52, 55) və Pulişiç, (69) vurublar.

Beləliklə, bu nəticədən sonra "Çelsi" 53 xalla 3-cü, "Bernli" 21 xalla 18-cidir. Siyahıya 66 xalla "Mançester Siti" başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə