5 Mart bədən tərbiyəsi- idman günü münasibətilə - MƏŞÇİ İDMANÇILARITƏBRİK ETDİ

“5 mart bədən tərbiyəsi və idman günü münasibətilə dövlətimizdə çoxlu sayda tədbirlər həyata keçirilir”. Bu sözləri SİA-ya aşıqlamasında məşqçi Tural Əhmədov bildirib.

Onun sözlərinə görə, Ali Baş Komandan və cənab Prezident İlham Əliyev idmana böyük önəm verir. Gənclərin həyat tərzinin yaxşılaşdırılması, sağlam inkişafı yolunda böyük addımlar atır: “Biz idman sahəsin də yeni eraya qədəm qoymuşuq. Gənclər və idman naziri Fərid Qayıbovun təşkilaçılığı ilə tədbirlər həyata keçirilərək, fəxri adlar verilib. Ali Baş Komandanın sərəncamı ilə 20-yə yaxın idmançıya əməkdar idmançı adı verilib. Həmçinin 20-dən çox idmançıya evlər verilib. Uğurlarımızın daha çox olması məqsədilə idman sahəsində bir çox işlər görülür. Bizim bəzi məşqçilərimiz başqa ölkələrdə təlimlər keçir. Federasiylarda yeni vitse-prezidentlərin təyin olunması da, ölkəmizə də idman sahəsində olan uğurların artmasına səbəb olur. Bütün idmançılarımızı bu gün münasibətilə təbrik edirəm”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə