Lion “Olimpik” darmadağına sevindi

Lion “Olimpik” darmadağına sevindi

Futbol üzrə Fransa çempionatında 27-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında “Loryan” doğma meydanda Lion “Olimpik”i ilə üz-üzə gəlib. Məhsuldar alınan qarşılaşmada qonaqlar darmadağınla qalib gəliblər.

PSJ bu turda “Nitsa”nın qonağı olacaq. Maraqlıdır ki, Paris klubu bu mövsüm iki dəfə qarşılaşdığı “qartallar”i məğlub edə bilməyib. Hətta bu oyunlardan birində “Nitsa” paytaxt komandasını kubokda mübarizədən kənarlaşdırmağı bacarıb.

Fransa Liqa 1

27-ci tur

4 mart

Loryan – Olimpik (Lion) 1:4

Qol: Moffi, 57 – Fevr, 5; 78. Dembele, 26. Ekambi, 59.

5 mart

20:00 Lans – Brest

00:00 Nitsa – PSJ

6 mart

16:00 Sent-Etyen – Mets

18:00 Bordo – Trua

18:00 Nant – Monpelye

18:00 Reyms – Strasburq

18:00 Renn – Anje

20:05 Lill – Klermon

23:45 Olimpik (Marsel) – Monako

Bütün xəbərlər Facebook səhifəmizdə