Superliqada 28-ci tur başladı

Türkiyə Super Liqasında 28-ci tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib. “Yeni Malatyaspor” “Adana Dəmirspor”u qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

4 mart

"Yeni Malatyaspor" – "Adana Dəmirspor" - 1:0
Qol: Ş
uyar, 77

Bu qələbə ilə xalını 20-yə yüksəldən "Yeni Malatyaspor" sonuncu pillədən qurtula bilməyib, "Adanademirspor" isə 45 xalla 5-cidir. Siyahıya 66 xalla "Trabzonspor" başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə