Bundesliqa klubunda koronavirusa kütləvi yoluxma

Bundesliqa klubunda koronavirusa kütləvi yoluxma

Almaniyanın “Maynts” klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.

SİA xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb

Analiz nəticəsi müsbət çıxmış şəxslərin ümumi sayı 19 nəfərdir. Onların arasında klubun əməkdaşları ilə yanaşı, futbolçular və məşqçilər də var. İnfeksiyaya yoluxanlar karantinə alınıblar.

“Maynts”ın martın 6-da Dortmund "Borussiya"sına qarşı keçirməli olduğu çempionat matçı təxirə salına bilər. Oyunla bağlı hələlik qərar verilməyib.

"Maynts" Bundesliqada 24 turdan sonra 34 xalla 9-cu pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня