Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.
SİA xəbər verir ki, bu gün daha bir görüş baş tutub.
Sonuncu oyun günündə “Alanyaspor” doğma meydanda “Qaziantep”lə qarşılaşıb. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Beləliklə, “Trabzonspor” finala vəsiqə uğrunda “Kayserispor”la, “Sivasspor” isə “Alanyaspor”la mübarizə aparacaq.
Türkiyə kuboku
1/4 final
1 mart
Trabzonspor – Antalyaspor 2:0
Qol: Vişça, 12. B.Özdəmir, 89.
2 mart
Sivasspor – Fatih Karagümrük 1:0
Qol: Yatabare, 69.
Beşiktaş – Kayserispor 1:2
Qol: Rozye, 43 – Qavranoviç, 6. Kardozo, 65.
3 mart
Alanyaspor – Qaziantep 2:1
Qol: T.Bingöl, 74. O.Aydın, 102 – Djibolodji, 90+1.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB