Zəngəzur mahalımızda şahmat üzrə turnir keçiriləcək - İDARƏ RƏİSİ AÇIQLADI
“5 Mart Bədən tərbiyəsi və İdman günü ilə əlaqədar olaraq Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Məmmədyarovlar şahmat məktəbinin birgə təşkilatçılığı və İsveçrə sistemi ilə keçirilən 7 turdan ibarət turnir təşkil olunub”. Bu sözləri SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov bildirib.
Onun sözlərinə görə, müxtəlif mərkəzlərin və məktəblərin tələbələri burada iştirak edəcək: “Şahmat Federasiyasının bizə verdiyi dəyərə və dəstəyə görə minnətdarıq. Həmçinin biz Məmmədyarovlar məktəbinin İdarə Heyəti gələcək planlar barədə söhbət etdik. Düşünürəm ki, gələcəkdə Zəngilan rayonunumuzda və Zəngəzur mahalında ilk idman yarışımız məhz elə şahmat üzrə olsun. Bu şahmatın klassik və ya rapid növdə olacağı isə hələ ki, müəyyənləşdirilməyib. İşğaldan azad olunmuş ərazilərimizdə infrastruktur yenilənəndən və bütün bərpa işləri həyata keçdikdən sonra həmin ərazilərimizdə şahmat turnirlərimiz təşkil olunacaq. Qeyd etmək istərdim ki, Məmmədyarovlar ailəsinin soyu Zəngəzur mahalı ilə sıx bağlıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB