Məhəmmədyarovlar Şahmat Məktəbində turnir keçirilir - YENİLƏNİR-FOTOLAR

Məhəmmədyarovlar Şahmat Məktəbində turnir keçirilir - YENİLƏNİR-FOTOLAR

Bu gün Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Məhəmmədyarovlar Şahmat Məktəbində "5 Mart - Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş şahmatın rapid növü üzrə turnir keçirilir. SİA-nın verdiyi məlumata görə, tunirdə yeniyetmə şahmatçılar mübarizə aparacaqlar.

Yarışın bağlanış mərasimində Baş İdarənin rəisi Raqif Abbasov və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenri Faiq Həsənov iştirak edəcəklər. Turnirin qalibləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla təltif olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə