"Monako”nu finala buraxmadılar

Futbol üzrə Fransa kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.

“Nant” doğma meydanda “Monako” ilə qarşılaşıb. Qarşılaşmanın əsas vaxtında 4 qol qeydə alınsa da, qalib müəyyənləşməyib. Bu üzdən də sonda penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Nant” finala yüksəlib.

Daha öncə “Nitsa” da finala vəsiqə qazanmışdı. Həlledici qarşılaşma mayın 8-də keçiriləcək.

Fransa kuboku

Yarımfinal

1 mart

Nitsa – Versal 2:0

Qol: Quiri, 48. Dolberq, 73.

2 mart

Nant – Monako 2:2 (penaltilər 4:2)

Qol: Sidibe, 21-öz qapısına. Mutussami, 74 – Maripan, 12. Boadu, 76.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com