Abramoviç "Çelsi"ni almaq istəyənlərə vaxt qoydu

Abramoviç "Çelsi"ni almaq istəyənlərə vaxt qoydu

"Çelsi"nin sahibi, rusiyalı iş adamı Roman Abramoviç klubu satmaq istəyir.

SİA xəbər verir ki, bu barədə "The New York Times” məlumat yayıb. Abramoviç London təmsilçisinin satışından 2,5 milyard avro əldə etməyi düşünür. Abramoviç hazırda alıcı axtarır.

O, klubu almaq istəyənlərə cümə gününə qədər təklif vaxtı qoyub.

Qeyd edək ki, daha əvvəl isveçrəli milyarder Hansyorq Viss "Çelsi"ni ala biləcəyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə