"İdman Həftəsi"-nin növbəti qalibləri məlum oldu - FOTOLAR

"İdman Həftəsi"-nin növbəti qalibləri məlum oldu - FOTOLAR

Martın 1-də “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə, “İdman Həftəsi”çərçivəsində “Şüa” idman kompleksində dövlət qurumlarının xanım əməkdaşları arasında stolüstü tennis turniri keçirilib. SİA-nın verdiyi məlumata görə, Gənclər və İdman Nazirliyinin Azərbaycan Stolüstü Tennis Federasiyası ilə birgə təşkil etdiyi yarışda 12 dövlət qurumu – Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi, Milli Arxiv İdarəsi, Dövlət Gömrük Komitəsi, Müdafiə Sənayesi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi və Ədliyyə Nazirliyinin əməkdaşları iştirak ediblər.

Ümumilikdə 36 nəfərin iştirakı keçirilən turnirdə Dövlət Gömrük Komitəsinin əməkdaşı Günel Xanlarova birinci yerə layiq görülüb. Müdafiə Sənayesi Nazirliynin nümayəndəsi Ayşən Nadirli və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Albina Əliyeva isə müvafiq olaraq, ikinci və üçüncü yerləri tutublar.

Bütün xəbərlər Facebook səhifəmizdə