"Fənərbaxça"nın sabiq baş məşqçisi Aram Markaroğlu dünyasını dəyişib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yaxın vaxtlara qədər Futbol Akademiyasının meneceri vəzifəsində çalışan Markaroğlu 2021-ci ilin iyununda tutduğu vəzifədən istefa verib.
Sarı-göylər klubu da onun ölümündən sonra "Klubumuzun 4635 saylı Ali Şurasının üzvü, bir müddət "Fənərbaxça" Futbol Akademiyamızın rəhbərliyində olan Aram Markaroğlunun vəfatını kədərlə öyrənmiş olduq. Cəmiyyətimizin dəyərli adlarından biri olan Aram Markaroğlu və bütün pərəstişkarlarına başsağlığı veririk. Mərhum Aram Markaroğlunun dəfn mərasimi ilə bağlı məlumat daha sonra paylaşılacaq" şəklində başsağlığı verib.
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB