“Lion” “Lill”ə uduzdu, “Marsel” xal itirdi

“Lion” “Lill”ə uduzdu, “Marsel” xal itirdi

Futbol üzrə Fransa çempionatında 26-cı tura yekun vurulub.

SİA xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.

“Monako” evində “Reyms”ə, “Anje” “Lans”a, “Brest” isə “Loryan”a məğlub olub. “Klermon” – “Bordo” və “Mets” – “Nant” oyunlarında qalib müəyyənləşməyib.

Avropa Konfrans Liqasında “Qarabağ”ı mübarizədən kənarlaşdıran Marsel “Olimpik”i “Trua” səfərinə yollanıb. Bu oyunda qalib müəyyənləşməyib. Lion “Olimpik”i isə evində son çempion “Lill”ə məğlub olub.

Fransa Liqa 1

26-cı tur

25 fevral

Monpelye – Renn 2:4

Qol: Oyonqo, 19. Vahi, 41 – Terrye, 8. Buriqe, 15. Laborde, 52. Mayer, 84.

26 fevral

Strasburq – Nitsa 0:0

PSJ – Sent-Etyen 3:1

Qol: Mbappe, 42; 47. Danilo, 52 – Bouanqa, 16.

27 fevral

Monako – Reyms 1:2

Qol: Ben Yedder, 55 – Volland, 84-öz qapısına. Mbuku, 90+2.

Anje – Lans 1:2

Qol: Fulgini, 49 – Mendi, 73-öz qapısına. Klauss, 76.

Brest – Loryan 0:1

Qol: Kone, 73.

Klermon – Bordo 1:1

Qol: Raşani, 32 – Jullavoqi, 13.

Mets – Nant 0:0

Trua – Olimpik (Marsel) 1:1

Qol: Tuzqar, 90 – Payet, 28-pen.

Olimpik (Lion) – Lill 0:1

Qol: Qudmundsson, 35.

Bütün xəbərlər Facebook səhifəmizdə