"Leyptsiq"dən qələbə, "Borussiya"dan xal itkisi

"Leyptsiq"dən qələbə, "Borussiya"dan xal itkisi

Almaniya Bundesliqasında 24-cü tura yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə iki matç keçirilib.

“Bohum” doğma meydanda “Leyptsiq”ə 0:1 hesabı ilə uduzub. Dortmund “Borussiya”sı isə səfərdə “Auqsburq”la bərabərə qalıb - 1:1.

Qeyd edək ki, turnir cədvəlinə 58 xalla "Bavariya" başçılıq edir. Dortmund "Borussiya"sı 50 xalla 2-ci, "Bayer" 44 xalla 3-cüdür.

27 fevral

"Bohum" – "Leyptsiq" - 0:1
Qol:
Nkunku, 82

"Auqsburq" – "Borussiya" (Dortmund)- 1:1
Qol:
Sarenren, 78 – Hazard, 35

Bütün xəbərlər Facebook səhifəmizdə