FİFA Rusiya bayrağı və himnini qadağan etdi

FİFA Rusiya bayrağı və himnini qadağan etdi

FİFA Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə ali futbol qurumu məlumat yayıb.

Rusiyada beynəlxalq səviyyəli oyunlar keçirilməsinə qadağa qoyulub. Rusiyanın milli komandası ev matçlarına neytral meydanda çıxacaq və azarkeşsiz mübarizə aparacaq.

Həmçinin yığma beynəlxalq yarışlarda Rusiya adı altında deyil, Rusiya Futbol İttifaqı adı ilə qüvvəsini sınayacaq. Qarşılaşmalardan öncə dövlət himni səsləndirilməyəcək və Rusiya bayrağının dalğalanmasına icazə verilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə