Rusiya millisi futbol yarışlarında neytral statusda iştirak edə bilər
Rusiya millisi Beynəlxalq Futbol Federasiyasının (FIFA) himayəsi altında keçirilən yarışlarda Rusiya Futbol İttifaqının komandası kimi çıxış edəcək və ölkənin bayrağı və himnindən istifadə edə bilməz.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə FIFA-nın açıqlamasında bildirilib.
2022-ci il dünya çempionatının seçmə mərhələsinin yarımfinal matçında Rusiya millisi martın 24-də Moskvada Polşa yığmasına qarşı oynamalıdır. Qalib martın 29-da İsveç - Çexiya cütlükdə qalib gələn komandası ilə görüşməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB