"Çelsi"dən Ukraynadakı vəziyyətlə bağlı bəyanat

"Çelsi"dən Ukraynadakı vəziyyətlə bağlı bəyanat

İngiltərənin “Çelsi” klubu Ukraynadakı münaqişə ilə bağlı bəyanat yayıb.

SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, bəyanatda bildirilib: “Ukraynada vəziyyət dəhşətlidir. “Çelsi”də hər kəs Ukraynadakı hər bir insana zehni ola olaraq yaxındır. Klubdakı hər kəs sülh üçün dua edir”.

Qeyd edək ki, dünən London təmsilçisinin rusiyalı sahibi Roman Abramoviç “Çelsi”sinin idarəçiliyini klubun xeyriyyə fondunun qəyyumlarına təhvil verdiyini açıqlayıb. Bundan əvvəl isə Britaniya hökuməti Abromoviçin İngiltərəyə girişinə qadağa qoyub.

Xatırladaq ki, bir neçə gündür Rusiya qoşunları Ukraynaya hücum edib və hazırda iki ölkə arasında müharibə gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə