Messi Barselonaya getdi

PSJ-nin futbolçusu Lionel Messi İspaniyanın Barselona şəhərinə yollanıb.

SİA Ispaniya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu təxminən 06:35-də Kataloniyaya enib. Messinin İspaniyaya getməsinin səbəbi isə həyat yoldaşı Rokkuzzonun doğum gününü qeyd etməsidir.

Xatırladaq ki, Messi ötən gecə Liqa 1-in 26-cı turunda "Sent-Etyen"lə matçda (3:1) meydana start heyətdə daxil olub və sonadək mübarizə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə