Benzema qol vurdu, "Real" qalib gəldi

Benzema qol vurdu, "Real" qalib gəldi

İspaniya La Liqasında 26-cı turun oyunları davam edir.

SİA xəbər verir ki, "Real" bu dəfə səfərdə "Rayo Vallekano" ilə qarşılaşıb. Madrid təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. Görüşdə yeganə qolu 83-cü dəqiqədə Kərim Benzema vurub.

Qeyd edək ki, "Real" hazırda turnir cədvəlində 60 xalla 1-ci, "Rayo Vallekano" isə 31 xalla 12-cidir.

Bütün xəbərlər Facebook səhifəmizdə