"Mançester Siti" minimal hesabla qalib gəldi

"Mançester Siti" minimal hesabla qalib gəldi

"Mançester Siti" İngiltərə Premyer Liqasında növbəti matçına çıxıb.

SİA xəbər verir ki, komanda 27-ci turda səfərdə "Everton"la qarşılaşıb. "Şəhərlilər" 1:0 hesablı qələbə qazanıblar. Qarşılaşmada yeganə qolu 81-ci dəqiqədə Fil Foden vurub.

Qeyd edək ki, "Mançester Siti" hazırda turnir cədvəlində 66 xalla 1-ci, "Everton" isə 22 xalla 17-cidir.

Bütün xəbərlər Facebook səhifəmizdə