“Beşiktaş” səfərdə çətin qələbəyə sevindi

“Beşiktaş” səfərdə çətin qələbəyə sevindi

Futbol üzrə Türkiyə Super Liqasında 27-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

“Beşiktaş” səfərdə “Sivasspor”la qarşılaşıb. İstanbul təmsilçisi səfərdə çətin qələbəyə sevinib.

İstanbulun digər təmsilisi “Başakşəhər” isə doğma meydanda “Fatih Karagümrük”ə məğlub olub.

“Qalatasaray” bu turda “Rizəspor”u qəbul edəcək. Tura “Kasımpaşa” – “Fənərbaxça” görüşüylə yekun vurulacaq.

Türkiyə Super Liqası

27-ci tur

25 fevral

Adana Dəmirspor – Antalyaspor 0:0

Trabzonspor – Kayserispor 3:2

Qol: Vişça, 49. Djanini, 59. Nvakaeme, 90+9-pen – Qavranoviç, 24; Tiam, 45+1.

26 fevral

Başakşəhər – Fatih Karagümrük 1:2

Qol: Trezeqe, 25 – Borini, 39. A.Musa, 41.

Sivasspor – Beşiktaş 2:3

Qol: Yatabare, 26. Fajr, 85 – Batşuayi, 12; 73. Gezzal, 43.

27 fevral

14:30. Altay – Qaziantep

14:30. Girəsunspor – Göztəpə

17:00. Alanyapor – Konyaspor

17:00. Hatayspor – Yeni Malatyaspor

20:00. Qalatasaray – Rizəspor

28 fevral

21:00. Kasımpaşa – Fənərbaxça

Bütün xəbərlər Facebook səhifəmizdə