"Bayer"dən qələbə

"Bayer" Almaniya Bundesliqasında 24-cü tur oyununa çıxıb.

SİA xəbər verir ki, Leverkuzen təmsilçisi "Arminiya"nı qəbul edib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Bayer" - "Arminiya" - 3:0
Qollar:
Lukas Alario, 29, Mussa Daibi, 57, 81

Bu qələbə ilə xalını 44-ə yüksəldən "Bayer" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Bavariya" 55 xalla 1-ci, Dortmund "Borussiya"sı 49 xalla 2-cidir.

Bütün xəbərlər Facebook səhifəmizdə