Bu xilasetmə əməliyyatı deyil, müharibədir - İDMANÇI DANIŞDI

Bu xilasetmə əməliyyatı deyil, müharibədir - İDMANÇI DANIŞDI

"Rusiya hücumlarına və Ukraynanı bombalamağa davam edir". SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycanın qadın karateçisi İrina Zaretska (68 kq) şəxsi instaqram səhifəsində yazıb.

Əslən Ukraynadan olan 26 yaşlı idmançı ölkəsinə olan hərbi müdaxilənin xilasetmə əməliyyatı olmadığını bildirib: "Bu, müharibədir. Sadəcə, silahlarını götürüb vətənimizə gəliblər. Ukrayna bu müharibədə tək qalıb. Amma bilirəm ki, biz güclüyük".

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olan İrina Zaretska 2 qat dünya və Avropa çempionudur.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə