“İnter” səfərdə, “Milan” evdə xal itirdi

“İnter” səfərdə, “Milan” evdə xal itirdi
Futbol üzrə İtaliya A Seriyasında 27-ci tura start verilib. SİA xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Turun açılış matçında çempionatın lideri “Milan” “Udineze”ni sınağa çəkib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Son 3 turda qalibiyyət tanımayan “İnter” liderdən uzaq düşməmək üçün “Cenoa” səfərindən 3 xalla qayıtmağa çalışıb. Lakin bu oyun da heç-heçə bitib.

İtaliya A Seriyası

27-ci tur

25 fevral

Milan – Udineze 1:1

Qol: Leao, 29 – Udoqye, 66.

Cenoa – İnter 0:0

26 fevral

18:00. Salernitana – Bolonya

21:00. Empoli – Yuventus

23:45. Sassuolo – Fiorentina

27 fevral

15:30. Torino – Kalyari

18:00. Verona – Venetsiya

21:00. Spetsiya – Roma

23:45. Latsio – Napoli

28 fevral

23:45. Atalanta – Sampdoriya

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com