İdmançılar da Rusiyaya qarşı qalxdılar...

“Şalke” və “Mançester Yunayted” rus sponsorlarından imtina etdi
İdmançılar da Rusiyaya qarşı qalxdılar...

Rusiyaya qarşı təzyiqlər bütün istiqamətlərdə artıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, artıq idman dünyası da Rusiyaya qarşı öz mövqeyini nümayiş etdirib.

Bir sıra idman klubları Rusiya ilə əlaqəli şirkətlərlə çalışmaqdan imtina edib, eləcə də bu ölkədə baş tutacağı gözlənilən idman tədbirləri ilə bağlı dəyişikliklər gündəmdədir.

Belə ki, Formula 1 pilotları Sebastian Vettel və Maks Verstappenin Rusiya Qran Prisinə qatılmayacağı məlum olub. FİA isə təqvimdən Soçi yarışını çıxaracaq.

Həmçinin, “Barselona” Basketbol üzrə Avroliqada “Zenit”lə görüş üçün Peterburqa getməkdən imtina edib.

Digər bir addım “Şalke” və “Mançester Yunayted” klublarından gəlib. Onlar rus sponsorları ilə müqaviləni pozublar.

Qeyd edək ki, F1 “Haas” komandası “Uralkali” yazısını bütün sosial mediya hesablarından yığışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə