ÇL: “Mançester Yunayted” “Atletiko”ya qarşı – YENİLƏNİR

ÇL: “Mançester Yunayted” “Atletiko”ya qarşı – YENİLƏNİR

Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off həyəcanı davam edir.

SİA xəbər verir ki, 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün daha iki oyun keçiriləcək.

“Mançester Yunayted” Madriddə “Atletiko”nun qonağı olacaq.

“Benfika” isə son Niderland çempionu “Ayaks”ı qəbul edəcək.

Bu gün keçiriləcək oyunlarla 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Xatırladaq ki, 1/8 finalın əvvəlki oyunlarında İngiltərənin “Mançester Siti” klubu Portuqaliyada “Sportinq”ə 5:0, PSJ Fransada İspaniya “Real”ına 1:0, İngiltərə “Liverpul”u İtaliyada “İnter”ə, “Çelsi” (İngiltərə) isə evdə “Lill”ə (Fransa) 2:0 hesabı ilə qalib gəlib. Almaniya “Bayern”i Avstriyada “Zalsburq”la, “Yuventus” (İtaliya) da səfərdə “Vilyarreal”la (İspaniya) heç-heçə edib - 1:1.

UEFA Çempionlar Liqası

1/8 finalın ilk oyunları

23 fevral

Atletiko (İspaniya) – Mançester Yunayted (İngiltərə) 0:0 (1-ci hissə)


Benfika (Portuqaliya) – Ayaks (Niderland) 0:0 (1-ci hissə)

Bütün xəbərlər Facebook səhifəmizdə