Ukraynada futbol yarışları dayandırılır

Ukraynada futbol yarışları dayandırılır

Ukraynada bütün futbol yarışlarını dayandırmağı planlaşdırırlar.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, fevralın 24-də Ukrayna Futbol Assosiasiyasının ( UAF ) İcraiyyə Komitəsinin iclası olacaq.

İclasda fövqəladə vəziyyət dövründə ölkədə futbol turnirlərinin dayandırılması barədə qərar verilməsi gözlənilir. Ukrayna və Rusiya arasında münasibətlərin kəskinləşməsi səbəbindən bu addımın atılacağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə