ÇL: “Vilyarreal” “Yuventus”a, “Çelsi” “Lill”ə qarşı - YENİLƏNİR

ÇL: “Vilyarreal” “Yuventus”a, “Çelsi” “Lill”ə qarşı - YENİLƏNİR

Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off həyəcanı davam edir.

SİA xəbər verir ki, bu gün 1/8 final mərhələsi çərçivəsində daha iki oyun keçiriləcək.

Turnirin son qalibi “Çelsi” “Stemford Bric”də “Lill”i qəbul edəcək. London klubu İngiltərə Premyer Liqasında qeyri-sabit çıxış etsə də, Avropa səhnəsində inamla irəliləyir. Qarşıda isə onları Fransa çempionu gözləyir. Tarixində ikinci dəfə pley-off həyəcanı yaşayan “Lill” 2006/07 mövsümündə İngiltərənin digər təmsiçisi “Mançester Yunayted” səddini keçə bilməmişdi.

Gecənin digər qarşılaşmasında “Vilyarreal” və “Yuventus” üz-üzə gələcək. Bu, komandaların avrokuboklarda ilk dueli olacaq.

UEFA Çempionlar Liqası

1/8 finalın ilk oyunları

22 fevral

Çelsi (İngiltərə) – Lill (Fransa) 0:0 (1-ci hissə)

Vilyarreal (İspaniya) – Yuventus (İtaliya) 0:0 (1-ci hissə)

Bütün xəbərlər Facebook səhifəmizdə