Fevralın 22-də “Qarabağ” futbol klubunun oyunçusu Qara Qarayevə “İdman ustası” dərəcəsi təqdim edilib. SİA-nın verdiyi məlumata görə, idman dərəcəsinə layiq görülən futbolçuya “İdman ustası” vəsiqəsini gənclər və idman nazirinin müavini Mariana Vasileva, müvafiq döş nişanını isə nazirliyin idman şöbəsinin müdiri Elnur Məmmədov təqdim ediblər.
Bu dərəcəyə layiq görüldüyü üçün minnətdarlığını bildirən Qara Qarayev nazir müavininə öz adı yazılmış futbolçu köynəyini hədiyyə edib. Təqdimatda iştirak edən komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşən Mariana Vasileva “Marsel”lə oyunda “Qarabağ”a uğurlar arzulayıb.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB