Gimnastımız beynəlxalq turnirdə qızıl medal qazanıb FOTO

Gimnastımız beynəlxalq turnirdə qızıl medal qazanıb FOTO

Macarıstanda bədii gimnastika üzrə keçirilən ənənəvi “Gracia Fair Cup” beynəlxalq turnirində gimnastımız qızıl medal qazanıb.

SİA-nın məlumatına görə, belə ki, gənclər arasında fərdi növdə çıxış edən Gövhər İbrahimova çoxnövçülük proqramında uğurla çıxış edərək fəxri kürsünün birinci pilləsində yer alıb.

Bundan əvvəl böyüklər arasında fərdi növdə mübarizə aparan yığma komandamızın üzvü İlona Zeynalova komandamıza qızıl medal qazandırmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə