Şahmatçımız Serbiyada keçirilən turnirdə 6-cı yeri tutub

Şahmatçımız Serbiyada keçirilən turnirdə 6-cı yeri tutub

Serbiyanın Novi Sad şəhərində keçirilən şahmat üzrə beynəlxalq turnir başa çatıb. SİA xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Abdulla Qədimbəyli yekun nəticədə 5,5 xal toplayaraq 6-cı yeri tutub.

Bu nəticə ilə şahmatçımız, həm də reytinqini 6 punkt artırıb. Doqquz turdan ibarət olan yarış İsveçrə sistemi üzrə keçirilib. Yarışda 24 şahmatçı iştirak edib ki, onlardan da 9-u qrosmeyster olub.

Bütün xəbərlər Facebook səhifəmizdə