Ötən mövsüm “Qalatasaray”ın fasilədə heyətinə qatdığı Mustafa Məhəmməd Super Liqaya bomba kimi daxil olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Misir mətbuatının əsas gündəmi Mustafa Məhəmməd və "Qalatasaray"ın vəziyyətidir. Mustafanın Türkiyəyə böyük ümidlərlə gəldiyini, lakin hazırda aşağı liqaya düşməmək üçün mübarizə apardığını yazan misirlilər gənc hücumçunun Zamalekdən ayrılmasını müzakirə ediblər.
Son "Kayserispor" matçında vurduğu qolla komandasını həyata qaytardığı deyilən Mustafa sarı-qırmızılılara 1 xal gətirib. Misir mətbuatı “Qalatasaray”ın son dövrdə aldığı uğursuz nəticələr və 29 xalla reytinqdə 13-cü pilləyə düşməsi səbəbindən ikinci liqaya düşmək təhlükəsi ilə üzləşdiyini şərh edib.
Mustafa bu mövsüm 30 oyunda iştirak edib. 30 matçın 11-də ilk 11-də başlayan gənc futbolçu 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
“Qalatasaray” Mustafanın transferini ötən dekabrın sonunda alıb.
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB