Yeniyetmə cüdoçularımız “Açıq Avropa” turnirində komanda hesabında 1-ci yeri tutdular.
SİA xəbər verir ki, Azərbaycanın yeniyetmələrdən ibarət milli yığma komandası İspaniyanın Fuenqirola şəhəridə yeniyetmələr arasında keçirilən “Açıq Avropa” turnirində 5-i qızıl olmaqla ümumilikdə 15 medal qazanaraq turnirin birincisi olublar.
Yarışın ikinci günündə yeniyetmə oğlanlar arasında -73 kq. çəki dərəcəsində keçirilən final görüşü Azərbaycan idmançılarının mübarizəsindən ibarət olub. Belə ki, müvafiq çəki dərəcəsində yarışan cüdoçularımız Əli Hacızadə və Süleyman Əliyev bütün rəqiblərinə qalib gələrək final mərhələsində qarşılaşıb. Nəticədə Süleyman Əliyev qızıl, Əli Hacızadə isə gümüş medal qazanıb.
-81 kq. çəki dərəcəsində mübarizə aparan idmançımız Camal Baxışov bürünc medal qazanaraq turniri başa vurub. Həmçinin -90 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Məhəmməd Paşayev təsəlliverici mərhələdə digər Azərbaycan təmsilçisi Tamerlan Cabbarova qalib gələrək bürünc medal qazanıb.
+90 kq. çəki dərəcəsində mübarizə aparan idmançımız Zaur Sarıoğlu ispaniyalı rəqibi Rodriqo Qarsiyaya qalib gələrək bürünc medal qazanıb. Eyni çəki dərəcəsində yarışan Ramazan Əhmədov bütün rəqiblərinə qalib gələrək finala çıxıb və idmançımız adını gümüş medalçılar siyahısına yazdırıb.
Yeniyetmə qızlar arasında -57 kq. çəki dərəcəsində yarışan Fidan Əlizadə bürünc medal uğrunda görüşdə ingiltərəli idmançı Xloe Linkə qalib gələrək yarışı 3-cü yerdə başa vurub.
Bütövlükdə Azərbaycanın yeniyetmələrdən ibarət milli yığma komandası “Açıq Avropa” turnirində 5-i qızıl, 3-ü gümüş, 7-i bürünc olmaqla ümumilikdə 15 medal qazanıb.
Oğlanlar
-50 kq.
Qızıl medal - Məhəmməd Məmişov
Bürünc medal - Xalid Məmmədov
-55 kq.
Qızıl medal - Məhəmməd Musayev Bürünc medal - Xanəhməd Şərifov
-60 kq.
Qızıl medal - Nizami İmranov
-66 kq.
Qızıl medal - Nicat Nağıyev
-73 kq.
Qızıl medal - Süleyman Əliyev
Gümüş medal - Əli Hacızadə
-81kq.
Bürünc medal - Camal Baxışov
-90 kq.
Bürünc medal - Məhəmməd Paşayev
+90 kq.
Gümüş medal - Ramazan Əhmədov
Bürünc medal - Zaur Sarıoğlu
Qızlar
-44 kq.
Gümüş medal - Xumar Qasımzadə
-52 kq.
Bürünc medal - Fidan Qasımova
-57 kq.
Bürünc medal - Fidan Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB