İdman bal rəqsləri üzrə Bakı birincisi və çempionu bəlli oldu - FOTOLAR

20 Fevral 2022-ci il tarixində Bakı şəhər Gənclər İdman Baş idarəsi, Azərbaycan İdman rəqsləri Federasiyası, Respublika Uşaq Gənclər İnkişaf mərkəzinin birgə təşkilatçılığı ilə idman bal rəqsləri üzrə Bakı birinciliyi və çempionatı təşkil olunub. SİA-nın verdiyi məlumata görə, uşaq, yeniyetmə və gənclər arasında keçirilən idman bal rəqsləri üzrə Bakı birinciliyi və çempionatında 6-10 yaş qrupu üzrə I yerə Mikailov Rüfət, Muradova Ameliya; II yerə Səfərli Kərim, Mineyeva Viktoriya; III yerə Hüseynov Murad, Kazakova Karolina; 11-15 yaş qrupu üzrə I yerə Abbasov Qaflan, Kşnyakina Anastasiya; II yerə Əliyev Raul, Kşnyakina Darya; III yerə Lebedev Vasiliy, Qrızak Selena; 16-21 yaş qrupu, Standart və Latın proqramı nominasiyası üzrə I yerə Ağayev Fərhad, Kovalyova Valeriya; II yerə ŞevçenkoTimur, Yeliseyeva Elza; III yerə Quliyev Riad, Quliyeva Aylin; 16-21 yaş qrupu, solo Standart və Latın proqramı nominasiyası üzrə I yerə Novruzova Nigar, II yerə Əhmədova Ülviyyə, III yerə İsmayılova Aynur layiq görülüblər.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə