“Qarabağ” - “Marsel” klubları arasında cavab oyununun biletlərinin satışı dayandırılıb

“Qarabağ” - “Marsel” klubları arasında cavab oyununun biletlərinin satışı dayandırılıb

UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” və Fransanın “Marsel” klubları arasında keçiriləcək cavab oyununun biletlərinin satışı dayandırılıb.

SİA-nın məlumatına görə, bu barədə Ağdam klubunun mətbuat xidməti bildirib.

Bildirilib ki, sabah - fevralın 21-i saat 11:00-dan biletlər yenidən satışda olacaq.

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.

Görüş saat 21:45-də başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə