PSJ səfərdən xalsız döndü

Futbol üzrə Fransa çempionatında 25-ci turun oyunları keçirilir.

SİA xəbər verir ki, şənbə günü daha iki qarşılaşma baş tutub.

Lider və çempionluğa əsas namizəd PSJ “Nant”ın qonağı olub. Paris təmsilçisi bu oyunda məğlubiyyətlə üzləşib.

Günün digər matçında isə Lion “Olimpik”i səfərdə “Lans”la qarşılaşıb. Bu oyunda komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Fransa Liqa 1

25-ci tur

18 fevral

Lill – Mets 0:0

19 fevral

Lans – Olimpik (Lion) 1:1

Qol: Klaus, 13 – Kadevere, 44.

Nant – PSJ 3:1

Qol: Muani, 4. Merlin, 16. Blez, 45+5 – Neymar, 47.

20 fevral

16:00. Nitsa – Anje

18:00. Loryan – Monpelye

18:00. Reyms – Brest

18:00. Renn – Trua

18:00. Sent-Etyen – Strasbur

20:05. Bordo – Monako

23:45. Marsel – Klermon

Bütün xəbərlər Facebook səhifəmizdə