“Milan” səfərdə xal itirdi

Futbol üzrə İtaliya A Seriyasında 26-cı turun oyunları keçirilir.

SİA xəbər verir ki, şənbə günü üç qarşılaşma baş tutub.

“Sampdoriya” doğma meydanda “Empoli” üzərində inamlı qələbəyə sevinib.

Dörd qolun qeydə alındığı “Roma” – “Verona” matçında qalib müəyyənləşməyib. Səfərdə “Salernitana” ilə qarşılaşan “Milan” da 4 qolluq matçda 1 xalla kifayətlənib.

İtaliya A Seriyası

26-cı tur

18 fevral

Yuventus – Torino 1:1

Qol: De Liqt, 13 – Belotti, 62.

19 fevral

Sampdoriya – Empoli 2:0

Qol: Kvalyarella, 14; 29.

Roma – Verona 2:2

Qol: Volpato, 65. Bove, 84 – Barak, 5. Tameze, 20.

Salernitana – Milan 2:2

Qol: Bonatsoli, 29. Dyuriç, 72 – Messias, 5. Rebiç, 77.

20 fevral

15:30. Fiorentina – Atalanta

18:00. Venetsiya – Cenoa

21:00. İnter – Sassuolo

23:45. Udineze – Latsio

21 fevral

22:00. Kalyari – Napoli

00:00. Bolonya – Spetsiya

Bütün xəbərlər Facebook səhifəmizdə