Karate üzrə beynəlxalq dərəcəli referimiz hakimlik dərəcəsini yüksəldib

Karate üzrə beynəlxalq dərəcəli referimiz hakimlik dərəcəsini yüksəldib

Karate üzrə beynəlxalq dərəcəli hakim Rənad Əliyev növbəti hakimlik imtahanından uğurla keçib. Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, o, Dubayda Karate 1 Premyer Liqa seriya yarışından əvvəl Dünya Karate Federasiyasının (WKF) hakimlər komitəsi tərəfindən keçirilən imtahanda kata üzrə B dərəcəli referi statusuna sahib olub.

Azərbaycan komandası Karate 1 Premyer Liqa seriyası yarışında 9 idmançı ilə təmsil olunur. Karateçilərimizdən Tural Ağalarzadə (67 kq) bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. İdmançımz final qarşılaşmasına fevralın 20-də çıxacaq.

Fevralın 20-dək davam edəcək nüfuzlu turnirə 55 ölkədən 342 karateçi qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə