İki cüdoçumuz “Böyük dəbilqə” turnirinin yarımfinalına vəsiqə qazanıb

İki cüdoçumuz “Böyük dəbilqə” turnirinin yarımfinalına vəsiqə qazanıb

Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirində daha iki cüdoçumuz yarımfinala vəsiqə qazanıb. SİA xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev ilk görüşdə İsrail təmsilçisi Nadav Zurat, daha sonra qazaxıstanlı Yersultan Muzarrapovu məğlub edərək yarımfinala yüksəlib. Komandamızın digər üzvü Zelim Kotsoyev (100 kq) isə ilk görüşdə Monqolustan cüdoçusu Xanqal Adbatar, daha sonra komanda yoldaşı Elmar Qasımova qalib gələrək adını yarımfinala yazdırıb.

E.Qasımov bürünc medal uğrunda təsəlliverici görüşdə iştirak edəcək.
Qeyd edək ki, 9 idmançı ilə yarışa qatılan komandamızın aktivində iki medal var. Hidayət Heydərov (73 kq) qızıl, Yaşar Nəcəfov (66 kq) isə gümüş medallara sahib olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə