Türkiyə klubunun baş məşqçisi istefa verib

Türkiyə klubunun baş məşqçisi istefa verib

Türkiyənin "Rizespor" klubunun baş məşqçisi Hamza Hamzaoğlu istefa verib. SİA yerli mətbuata istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis "Başakşehir"ə 0:2 hesabı ilə uduzduqları XXVI tur oyunundan sonra postundan ayrılmaq qərarına gəlib.

Qeyd edək ki, Hamza Hamzaoğlu 2021-ci ilin sentyabrından komandaya rəhbərlik edib. Rize təmsilçisi 26 oyuna 23 xalla 18-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə