Azərbaycan bütün yarışlarda layiqincə təmsil olunur - AAAF-NİN YENİ RƏHBƏRİ
"Azərbaycan Ağır Atletika Federasiyasının bugünkü toplatısında prezident seçildiyim üçün federasiya rəhbərliyinə böyük təşəkkürlərimi bildirirəm". SİA-nın verdiyi məlumata görə, bu sözləri Azərbaycan Ağır Atletika Federasiyasının yeni prezidenti İnam Kərimov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, əlbəttə ki, ağır atletika sahəsi Azərbaycanda idmanın ən vacib sahələrindən biridir: “Ona görə də təbii ki, ağır atletikanın inkişafı mühüm inkişaf kəsb edir. Bunun inkişafı üçün Azərbaycan bütün yarışlarda layiqincə təmsil olunur. Azərbaycanın bu sahədə həm sovet, həm də müstəqillik dövründə mühüm ənənələri formalaşıb. Bu sahəyə dəstək verəcək ən böyük amillərindən biri də xalqımızın bu sahəyə olan rəğbətidir. Bu gün biz iclas keçirdik. Hesabatda həyata keçirilimiş uğurlar və çətinliklər təhlil olundu. Bu sahədə çalışan məşqçilərimiz idmançılarımızla bu məsələləri daha yaxından təhlil etməli və qarşıda duran məsələləri həll etməliyik”.
Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB