Azərbaycan-Estoniya matçının vaxtı müəyyənləşib

Azərbaycan-Estoniya matçının vaxtı müəyyənləşib

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin Estoniya komandasına qarşı keçirəcəyi oyunun başlama vaxtı məlum olub.

SİA-nın AFFA-ya istinadən verdiyi xəbərə görə, martın 25-də Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək oyun saat 19:00-da başlayacaq.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə