Cüdo hakimlərinin növbəti seminarı keçirilib - FOTOLAR

Cüdo hakimlərinin növbəti seminarı keçirilib - FOTOLAR

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə hakimlər kollektivinə yeni qoşulan hakimlər üçün praktiki seminar təşkil olunub.

SİA-nın verdiyiməlumata görə, “Cüdo 2012” klubunun təlim-məşq mərkəzində təşkil olunan seminar federasiyanın hakimlər üzrə meneceri Mətin Rəhimli tərəfindən keçirilib.

Seminar zamanı iştirakçılara qaydalar barədə nəzəri məlumatların verilməsi ilə yanaşı, qaydalar tatami üzərində də əyani olaraq izah edilib.

Federasiya tərəfindən hakimlər heyətinin peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə mütəmadi seminarların keçirilməsi planlaşdırılır.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə